Xəbər lenti

Bakıda sərnişin avtobusu maşınları “biçdi“ - FOTO-VİDEO
Ölkə05:49 05.06.2014

Bakıda sərnişin avtobusu maşınları “biçdi“ - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı səhəri ağır yol qəzası ilə açıb. Şəhərin mərkəzində sərnişin avtobusu ağır qəza törədib.

Yasamal rayonu ərazisində, Nərimanov heykəlinin yaxınlığında 83 saylı marşrutla hərəkət edən Daewoo” markalı sərnişin avtobusu bir neçə maşının üstünə çıxıb.

Yüksək sürətlə hərəkət edən avtobus idarəetməni itirərək yol kənarındakı 3 ədəd “Mercedes” və “QAZ-24” markalı avtomobillərə çırpılıb, sonra isə ağaca dəyərək dayanıb. Avtobusun sürücüsü xəsarətlə xəstəxanaya yerləşdirilib.(milli.az)

Qaynar.info