Xəbər lenti

Bakıda sərnişin hərəkətdə olan avtobusdan yıxıldı
Ölkə09:59 14.10.2014

Bakıda sərnişin hərəkətdə olan avtobusdan yıxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər sakini hərəkətdə olan marşrut avtobusundan yıxılaraq xəsarət alıb. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 12-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.

Bakı şəhər sakini Eldar Sultanov 25 saylı xətlə hərəkət edən “Daewoo” markalı avtobusdan yıxılıb. E.Sultanov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info