Xəbər lenti

Bakıda sevgilisi qadını boğub öldürdü
Ölkə06:33 11.02.2016

Bakıda sevgilisi qadını boğub öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. 
Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.
Artıq qadını boğaraq qətlə yetirən şəxs tutulub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu olması müəyyən edilərək saxlanılıb.
F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub. F. Qədimov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.
Faktla bağlı istintaq tərbirləri davam etdirilir.
Qaynar.info