Xəbər lenti

Bakıda su maşını dərəyə yuvarlandı - FOTOLAR
Ölkə06:12 28.08.2013

Bakıda su maşını dərəyə yuvarlandı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.

Anspress-in məlumatına görə, Badamdar qəsəbəsi 47 ünvanında “Zil” markalı su daşıyan maşın dərəyə yuvarlanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza sürücünün avtomobili arxaya verdiyi zaman baş verib.

Təkərlərin altında qalan torpağın qəfildən sürüşməsi nəticəsində su maşını dərəyə aşıb. Su maşını yaxınlıqda yerləşən su çəninni doldurmaq məqsədilə əraziyə gəlibmiş. Hadisə zamanı su maşınında sürücüdən başqa heç kəs olmayıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qaynar.info