Xəbər lenti

Bakıda təcili yardım maşını aşdı - FOTOLAR
Ölkə05:52 12.11.2014

Bakıda təcili yardım maşını aşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda özəl klinikalardan birinin təcili yardım maşını qəzaya uğrayıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili "KİA" markalı minik maşını ilə toqquşub və aşıb.

Avtomobilin sürücüsü Ramiz İbrahimovun verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən "KİA" markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qaynar.info