Xəbər lenti

Bakıda təhlükəli yolların siyahısı açıqlandı
Ölkə08:31 31.01.2014

Bakıda təhlükəli yolların siyahısı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində təhlükəli yolların siyahısını açıqlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, bəzi yolların buz bağlaması ilə əlaqədar Bakı-Sumqayıt şossesi - Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü) Abbas Mirzə Şərifzadə küçəsi (İnşaatçılar m/st. istiqamətində), Talıblı küçəsi (Yeni Yasamal), Badamdar şossesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Alfred Nobel prospekti, Gəncə prospekti, Qara Qarayev prospekti, Heydər Əliyev prospekti (Bağırov körpüsü - tunel) istiqamətlərində hərəkət edən sürücülərə daha ehtiyatlı olmaları tövsiyə olunur.

Qaynar.info