Xəbər lenti

Bakıda ticarət mərkəzi yandı
Ölkə05:47 25.06.2016

Bakıda ticarət mərkəzi yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ticarət obyekti yanıb.

Qaynarinfo.az FHN-in saytına istinadən bildirir ki, hadisə Bakı şəhərinin Xızı rayonunda baş verib.

Mağaza ümumi sahəsi 520 kv.m olan və bir dam altında yerləşən 13 ticarət obyektindən biri olub. Belə ki, sahəsi 64 kv.m olan mağaza 50 kv.m sahədə yanıb və yaxınlıqdakı digər obyektin tavanı yüksək temperaturdan 20 kv.m sahədə əriyib.

Digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.az