Bakı şəhəri, Nizami rayonunda yerləşən 3 mərtəbəli “Körpü” ticarət mərkəzində yanğın meydana gəlib.
Qaynar.info-nun Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin ümumi sahəsi 8 kv.m olan reklam lövhəsi 1 kv.m sahədə yanıb. Reklam lövhəsinin qalan hissəsi və ticarət mərkəzi yanğından mühafizə olunub.
Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.