Xəbər lenti

Bakıda tıxaca səbəb olan qəzada 3 nəfər yaralandı
Ölkə15:55 29.03.2021

Bakıda tıxaca səbəb olan qəzada 3 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qaynarinfo xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. İki nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, qəza səbəbindən Heydər Əliyev prospektində, "Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.