Xəbər lenti

Bakıda toy yasa çevrildi - FOTO
Ölkə16:07 22.08.2015

Bakıda toy yasa çevrildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində şadlıq sarayına tələsən toy karvanı qəza törədib. Qaynar.info milli.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi sürücünün səhlənkarlığı və sürət həddinin aşılması səbəbindən işıq dirəyinə çırpılıb. 
Qəza nəticəsində maşındakı yaşlı qadın aldığı zərbə nəticəsində hadisə yerində keçinib. Qəza qəsəbədəki 4 saylı doğum evinin yanında baş verib. Rayonun təcili tibbi yardım bölməsinə zəng vurulsa da, təcili tibbi yardım maşını hadisə yerinə vaxtında çata bilməyib.
Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar, araşdırma aparılır.
Qaynar.info