Xəbər lenti

Bakıda vətəndaşlar oğrunu belə yaxaladı - FOTOLAR
Ölkə08:26 21.11.2013

Bakıda vətəndaşlar oğrunu belə yaxaladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıda "Nəsimi" metrosu yaxınlığında maraqlı hadisə baş verib.

Metro stansiyasının yaxınlığında dayanmış bir şəxs qadının üzərindəki boyunbağını zorla qopararaq qaçmağa başlayıb.

Şahidlərin Qaynar.info-ya verdiyi məlumata görə, qadının qışqırmasından sonra ətrafdakı insanlar oğrunun arxasınca qaçaraq onu tutmağa müvəffəq olublar.

Hadisə zamanı ətrafda heç bir polis gözə dəyməyib.

Qaynar.info