Xəbər lenti

Bakıda yanğın: sakinlər evakuasiya olunur
Ölkə08:38 24.03.2013

Bakıda yanğın: sakinlər evakuasiya olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əraziyə Təcili Tibbi Yardım və Polis qüvvəsi cəlb edilib

Bakıda təzə tikilən binada yanğın baş verib. “Qafqazinfo”nun məlumatına görə, Həsən Əliyev küçəsində təzə tikilmiş binada yanğın hadisəsi baş verib. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından xilasediciləri yanğını söndürməyə çalışırlar.

Hadisə şahidlərinin dediklərinə görə, yanğın binanın şaxtasında baş verib. Əraziyə Təcili Tibbi Yardım və Polis qüvvəsi cəlb edilib. Sakinlər binadan evakuasiya olunur.