Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.
DİN Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.