Xəbər lenti

Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib
Ölkə18:45 26.04.2018

Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yaşayış binasında yanğın baş verib.
Qaynarinfo  FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan iki otaqlı (yaşayışı olmayan) mənzildə  baş verib.
Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.