Xəbər lenti

Bakıda yataqxanada FACİƏ - Gənc oğlan və xalası boğuldu
Ölkə06:22 09.01.2017

Bakıda yataqxanada FACİƏ - Gənc oğlan və xalası boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Qaynarinfo.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.Az