Xəbər lenti

Bakıda yataqxanada uçqun: xəsarət alan var
Ölkə06:07 18.11.2014

Bakıda yataqxanada uçqun: xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında uçqun olub. APA-nın məlumatına görə, yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb.

Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı bir nəfər xəsarət alıb.

Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Qaynar.info