Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
16:39
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır. Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
14:45
Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir.
Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".
13:47
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" və "Toyota Prius" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.