Xəbər lenti

Bakıda yük qatarı yanır
Ölkə 19:32 18.07.2019

Bakıda yük qatarı yanır

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə FHN-ə məlumat daxil olub. 

Qaynarinfo nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
--> -->