Xəbər lenti

Bakıda zəncirvari qəza - FOTOLAR
Ölkə05:41 03.12.2013

Bakıda zəncirvari qəza - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axşam saatlarında Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb. Qəzaya avtomobillərdən birinin qarşıdakı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info