Xəbər lenti

Bakıdakı “AquaPark”da kütləvi dava: 3 oğlan 1 qızı döydü
Ölkə11:18 21.07.2015

Bakıdakı “AquaPark”da kütləvi dava: 3 oğlan 1 qızı döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yerləşən məşhur istirahət və əyləncə mərkəzlərindən birində kütləvi dava baş verib. 
Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib.
Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırma başlanılıb. L.Məmmədovaya qarşı xuiqanliq edən şəxslərin axtarışları davam etdirilir.
Qaynar.info