Xəbər lenti

Bakıdan Volqoqrada aviareys açılır
Ölkə09:55 06.07.2013

Bakıdan Volqoqrada aviareys açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açır.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, aviaşirkət uçuş coğrafiyasını mütəmadi olaraq genişləndirir: «İyulun sonu-avqustun əvvəlində AZAL Bakı-Volqoqrad marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Uçuşlar aviaşirkətin yeni aldığı «Embraer-190» tipli avialayneri ilə yerinə yetiriləcək».

Qeyd edək ki, hazırda AZAL Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Rostov və Minvodı kimi şəhərlərinə birbaşa uçuşlar həyata keçirir.

Qaynar.info