Xəbər lenti

Bakılı agentin zəhərlədiyi FSB zabitinin işində yenilik
Dünya08:14 12.03.2015

Bakılı agentin zəhərlədiyi FSB zabitinin işində yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Keçmiş FSB zabiti Aleksandr Litvinenkonun ölümündə istifadə edilən polonium 210 maddəsi Rusiyadan gətirilib”. Axar.az xəbər verir ki, bu açıqlama ilə britaniyalı ekspert Norman Dombi çıxış edib.
Onun sözlərinə görə, bu maddə Rusiyanın Sarov şəhərindəki “Avanqard” şirkətində hazırlanıb. Professor həmçinin apardığı araşdırmaların nəticəsini də məhkəməyə təqdim edib.
Qeyd edək ki, Aleksandr Litvinenko 2006-cı ildə Londonda zəhərlənərək qətlə yetirilmişdi. O, ölümündən bir neçə gün öncə əslən Bakıdan olan rusiyalı deputat (KQB-nin 9-cu şöbəsinin keçmiş üzvü) Andrey Luqovoyla görüşmüşdü. Məhz buna görə Britaniya xüsusi xidmət orqanları Luqovoyu Litvinenkonun əsas qatili adlandırmış və Rusiyadan onu verilməsini tələb etmişdi. Kreml Luqovoyu verməkdən imtina edəndə tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı. 
Qaynar.info