Xəbər lenti

Bakını toz-duman bürüyüb (FOTOLAR)
Ölkə05:31 21.11.2017

Bakını toz-duman bürüyüb (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur.
"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də proqnoz yaymışdı. 
Xəbərdə bildirilirdi ki, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq. Buna səbəb isə ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur. 
Qaynarinfo.Az