Bakının mərkəz hissəsində içməli suyun verilşində problem yaranıb.
Paytaxtın Nəsimi rayonu Füzuli küçəsinin sakinlərindən daxil olan məlumatda bildirilib ki, ötən gündən Bakının həmin küçəsinə içməli su verilmir.
Qaynar.info-nun məlumatına görə, Nəsimi Su-Kanal İdarəsindən isə AzNews.az-a bildirilib ki, Füzuli küçəsində suyun verlişinin dayandırılması şəhərin əsas magistral su xəttində baş verən qəzadır. Bu səbəbdən də suyun verilməsində fasilələr yaranıb. İdarənin əməkdaşları həmçinin deyib ki, problem təkcə Nəsimi rayonunda deyil, eyni zamanda Bakının digər yaşayış məntəqələrində də mövcuddur: “Kəmər bərpa olunduqdan sonra bu problem aradan qaldırılacaq. Hazırda şəhərin 90 faizində içməli suyun verilməsində problem yaranıb”.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorundan isə bakıda ümumiyyətlə su probleminin olmadığı bildirilib.
Qaynar.info