
Artıq havalar kifayət qədər soyuyub. Amma Sabunçu rayon Maştağa qəsəbəsində qazın verilməsi dayandırılıb. Bu barədə musavat.com-un mail-ünvanına göndərilmiş şikayət məktubunda deyilir.
Heybət Heybətov küçəsinin sakinləri bildiriblər ki, qazın verilməsi 3 gündür ki, dayandırılıb: "Biz lazımi orqanlara ərizə və şifahi olaraq müraciət etmişik. Demişdilər ki, qaz bu gün veriləcək. Amma bu saata qədər qaz verilməyib. Bəhanə edirlər ki, bu gün qeyri-iş günüdür və qaz birinci iş günüdə veriləcək. Artıq neçənci dəfədir ki, belə olur. Guya demişdilər ki, noyabrın 15-dən sonra qış sisteminə keçəcəklər. Budur qış sistemi? Xahiş edirik ki, bizim problemimizlə maraqlansınlar".
Sakinlər onu da bildirdilər ki, bundan öncə də belə problemlə qarşılaşıblar. 10 gün qaz verirlər, sonra kəsirlər.
Qaynar.info