Xəbər lenti

Bakının bu ərazilərində qaz olmayacaq
Ölkə22:20 18.05.2026

Bakının bu ərazilərində qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb. 
Bildirilir ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.