Xəbər lenti

Bakının bu ərazisində metro tikintisinə başlanılacaq
Ölkə09:40 22.01.2020

Bakının bu ərazisində metro tikintisinə başlanılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:
"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır.
Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".