Xəbər lenti

Bakının ən bahalı mənzilləri - SİYAHI
Ekonomiks20:12 04.02.2015

Bakının ən bahalı mənzilləri - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda evlərin qiymətləri bəzən elə baha olur ki, həmin qiymətə asanlıqla Nyu York və London kimi dünyanın ən bahalı şəhərlərində ev almaq mümkündür. Day.az-ın verdiyi məlumata əsasən, həmin evlərin siyahısına aşağıdakılar daxildir:
1. "Hilton" otelində mənzil – 1 800 000 manat
Üçotaqlı bu mənzilin sahəsi 183 kvadrat metrdir.
2. "Yeni Həyat Azure"da mənzil – 1 550 000 manat.
Sahəsi 460 kvadrat metr olan bu mənzil kompleksdəki bir mərtəbəni əhatə edir.
3. "Clock Tower"də mənzil – 1 100 000 manat
Bu mənzil Bakıxanov küçəsindəki "Clock Tower"də yerləşir. Təmirsiz olan bu evin ümumi sahəsi 222 kvadrat metrdir.
4. "Port Baku Residence"də mənzil  – 850 000 manat
300 kvadrat metr sahəsi olan bu mənzilin 5 otağı var. Kompleksin 5-ci mərtəbəsində yerləşir.
5. "Jalə Plaza"da mənzil – 321 750 manat
Bu mənzil Bülbül prospektində yerləşir. Sahəsi 165 kvadrat metr olan üçotaqlı mənzil kompleksin 16-cı mərtəbəsindədir. 
Qaynar.info