Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, dünən axşam saat 23:00-dan sonra Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Təmir işləri təxminən bir həftə davam edəcək.
Sürücülərə alternativ olaraq Nəsib bəy Yusifbəyli və Məmməd Araz küçələrindən istifadə etmələri tövsiyə olunur. Qaynar.info