Xəbər lenti

Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Ölkə14:08 31.05.2016

Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Azəravtoyol ASC-dən verilən məlumata görə, bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qaynarinfo.az