Xəbər lenti

Bakının mərkəzində polislə gənclər arasında qarşıdurma... - FOTOLAR
Ölkə15:49 15.02.2014

Bakının mərkəzində polislə gənclər arasında qarşıdurma... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milliyyətçi Gənclər Hərəkatı İran Kubokunun qalibi olan Təbrizin "Traxtor" klubunun şərəfinə Sahil Bağında yürüş keçirib. 

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər bu aksiyaya müdaxilə ediblər. Nəticədə Milliyətçi Gənclər Hərəkatının İdarə Heyətinin üzvü İlkin Bozqurd polislər tərəfindən həbs olunaraq, 39-cu polis bölməsinə aparılıb. 

Gənclərin əllərində olan plakatlar zorla alınıb. Gənclər buna kəskin şəkildə etirazlarını bildiriblər. 

Polislər isə bu aksiyanın qeyri-qanuni olduğunu deyiblər. Maraqlı cəhət odur ki, polislər "Traxtor"un Təbrizin klubu deyil, İran klubu olduğunu vurğulayaraq, bu aksiya ilə gənclərin iğtişaş törətməyə cəhd göstərdiklərini bildiriblər. 

Son məlumatlara görə, gənclər 39-cu polis bölməsinin qarşısında toplaşırlar. İlkin Bozqurd həbs olunarkən, bunun qanunsuzluq olduğunu bildirərək, polislərə etiraz edib. Həbs edilməzdən əvvəl isə gənc fəal "Traxtor"un  bu qələbəsini Bütov Aəzrbaycanın qələbəsi kimi dəyərləndirib.

Musavat.com