Xəbər lenti

Bakının məşhur otelində adam öldü - FOTO/VİDEO
Ölkə05:47 24.08.2015

Bakının məşhur otelində adam öldü - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının ən məşhur otellərindən olan “Baku Boulevard Hotel”də ölüm hadisəsi baş verib. Azxeber.com-un məlumatına görə, oteldə baş tutan nişan mərasimində iştirak edən qonaqlardan birinin səhhəti qəflətən pisləşib və o, yerə yıxılıb.
Otel işçiləri dərhal təcili tibbi yardımı hadisə yerinə çağırsalar da, həkimlər 40 dəqiqə sonra otelə giriblər. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.
Şahidlərin dediyinə görə, həkimlərin səhlənkarlığı və hadisə yerinə olduqca gec gəlmələrinə görə 48 yaşında olan kişi dünyasını dəyişib.
Qaynar.info