
Azərbaycana 200-ə yaxın şotlandiyalı gəlib.
Qaynar.info-nun məlumatına görə, şotlandların ölkəmizə gəlməsinə səbəb Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Seltik" matçını izləməkdi.
Belə ki, gələnlər "Seltik" tərəfdarlarıdır. Onların bu gün keçiriləcək oyun zamanı saylarının daha çox olacağı gözlənilir. Çünki Azərbaycanda Britaniya şirkətlərində işləyən "Seltik" tərəfdarları da bu matçı izləməyə gələcək.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq. Qlazqo şəhərindəki ilk matçda məğlub olan 0:1 hesabı ilə yenilən "Qarabağ" bu gün 2 top fərqi ilə rəqibinə qalib gəlməyə çalışacaq.
Qaynar.info