Xəbər lenti

Bakıya işləyən erməni deputatlar
Ölkə13:30 04.11.2014

Bakıya işləyən erməni deputatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bir sıra deputatları Azərbaycana işləməkdə günahlandırıb.
Anspress-in məlumatına görə, Vaqram Baqdasaryan keçən həftə parlamentin kürsüsündən bildirib ki, bir sıra deputatların çıxışından “Azərbaycanın neft dollarlarının” qoxusu gəlir.
Ermənistanın “Haykakan jamanak” qəzeti Vaqram Baqdasaryana sual verərək həmin deputatlar barədə milli təhlükəsizlik xidmətinə müraciət edib-etməyəcəyini soruşub. Vaqram Baqdasaryan isə deyib: “Mən niyə harasa müraciət etməliyəm? Lazım olanda bu satqınları öz əllərimlə cəzalandıracam”.
Qaynar.info