Xəbər lenti

Bakıya xəstə aparan təcili yardım maşını qəzaya uğradı
Ölkə18:21 06.02.2017

Bakıya xəstə aparan təcili yardım maşını qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Yardımlı Rayon Mərkəzi Xəstəxanasından Bakı şəhərindəki Respublika Klinik Xəstəxanasına xəstə aparan təcili yardım maşını Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində qəzaya uğrayıb.

Virtualaz.org saytının məlumatına görə, təcili yardım maşını qarşısında hərəkət edən KamAZ markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində təcili yardım maşınında olan xəstə, onu müşayiət edən həkim və sürücü xəsarət almasalar da, avtomaşın əzildiyindən, yoluna davam edə bilməyib.

Ona görə də, Salyan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən çağırılmış təcili yardım maşını xəstə və həkimi ünvana çatdırıb.

Qaynarinfo.Az