
Ötən həftə Misir Şura Məclisinin üzvü Camal Hamedin baleti çılpaqlığın sənəti adlandırması ölkədə böyük qalmaqala səbəb olub.
Qaynar.info-nun məlumatına görə, baletin əxlaqsızlıq yayması və İslama zidd olması səbəbindən qadağan olunacağını söyləyən Hamed ölkə sənətçilərinin qəzəbinə tuş gəlib.
Hamedin bu sözlərindən sonra prezident Məhəmməd Mursinin də rəqsi sevmədiyi ortaya çıxıb.
Mursi 8 il əvvəl verdiyi bir müsahibəsində rəqsi sevmədiyini və rəqsin İslam qanunlarına zidd olduğunu bildirmişdi. Rəqsin onu izləyənlər üzərindəki neqativ təsirlərinə də toxunan prezident Misirdəki bir rəqs məktəbini göstərərək, "Bu məktəbin rolu, məqsədi nədir?" demişdi.
Qeyd edək ki, Mursinin may ayında Qahirədəki Opera Evinin direktoru İnas Abdeli işdən çıxararaq, onun yerinə Müsəlman Qardaşların üzvü olan bir nəfəri təyin etməsi narazılığa səbəb olmuşdu.
Qaynar.info