Xəbər lenti

Ekonomiks 09:55 10.12.2024

"Bank Respublika"dan YAŞAT Fonduna növbəti DƏSTƏK

"Bank Respublika” şəhid övladlarının təhsil haqqlarının ödənilməsi üçün 25.000 AZN ianə edib.

Ölkəmizdə bir çox korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, "YAŞAT” Fondunun start verdiyi "Bir uşaq - bir gələcək” layihəsinə dəstək göstərdi.

Bank, şəhid övladlarının təhsil haqqlarının ödənilməsi üçün Fonda 25.000 AZN ianə edib.

Layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçirilir.

Bank Respublika olaraq, şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik!

Qələbəni bizə yaşadanları birgə yaşadaq!

Qeyd edək ki, müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi "Bank Respublika”nın həyata keçirdiyi sosial layihələrinin prioritet istiqamətidir. Bank Respublika həm də, "YAŞAT” Fondu, "Silahlı Qüvvələrə Yardım Fond”u və "Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->