Xəbər lenti

"Bank Respublika" Prezidentin təşəbbüsünü dəstəklədi!
Ekonomiks11:45 21.03.2020

"Bank Respublika" Prezidentin təşəbbüsünü dəstəklədi!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC korporativ sosial məsuliyyətini dərk edərək, "COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
Bank, ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 000 manat vəsait köçürüb.
"Bank Respublika" 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və artıq 28 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir. 
Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust şirkəti var.