Xəbər lenti

Banklardakı əmanətlər niyə artır? - İqtisadçı səbəbləri açıqlayır
Ekonomiks 10:48 12.10.2023

Banklardakı əmanətlər niyə artır? - İqtisadçı səbəbləri açıqlayır

"Azərbaycan banklarında pul saxlayanlar yalnız bizim vətəndaşlar deyil. Dünyada baş verən kataklizmlərə görə Rusiya və digər ölkələrin vətəndaşları yüksək faizlə Azərbaycan banklarına pullarını yerləşdirirlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov əhalinin banklardakı əmanətlərinin artmasından danışarkən deyib. Onun fikirincə, buna səbəb milli valyutanın sabitliyidir:

"Yəni bu gün neft qiymətləri sabitdir. Dünyadakı geosiyasi gərginlik hesabına neft qiymətləri artır. Ona görə də vətəndaşlar pullarını banka   yerləşdirirlər".

Əkrəm Həsənov qeyd edib ki, yaxın iki ildə devalvasiya olmayacaq. 

Qeyd edək ki, Mərkəzi  Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,9 faiz artaraq, 2023-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 580,1 milyon manat təşkil edib.
 
Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->