ABŞ prezidenti Barak Obama Sağlamlıq və İnsan Xidmətləri naziri vəzifəsinə Ağ evin inzibati idarəçişi Silvia Mateus Bervellin namizədliyini irəli sürüb
Tibb sahəsində aparılan uğursuz islahatı ilə əlaqədar daim tənqid olunan ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Nazirliyində rəhbər dəyişikliyi baş verib.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Sağlamlıq və İnsan Xidmətləri naziri Ketlin Sibeliusu istefaya gündərərək onun yerinə Ağ evin inzibati idarəçişi Silvia Mateus Bervellin namizədliyini irəli sürüb.
Onun namizədliyi ABŞ Kongresinin Senatı tərəfindən təsdiq edilərsə, Silvia Mateus Bervell amerikalılar tərəfindən qeyri-rəsmi adı Obamacare qəbul edilən səhiyyə islahatı haqqında qanunun həyata keçirilməsinə davam etməlı olacaq. Bu sənədin statusu tibbi sığorta qaydalarının dəyişdirmək üçün çətinliklərlə uzləşən milyonlarla ölkə sakinlərinə yardım etmək, yarıtmaz tibb sahəsinə görə Ağ Ev və Səhiyyə Nazirliyinin kəskin tənqid olunmasının qarşısını almaqdır.
Sosioloji araşdırmalara görə, Obamacare Demokrat Partiyasının və həm də prezidentin nüfuzuna xələl gətirir. Respublika Partiyası bunun noyabrda keçiriləcək ABŞ Konqresinə keçirilən seçkilərin gedişində onlara kömək edəcəyini düşünür.