"Barselona" keçmiş məşhur portuqaliyalı futbolçunu yeni idman direktoru təyin edib.
Qaynarinfo-nun məlumatına görə, katalon Portuqaliya millisinin sabiq futbolçusunun təyinatını açıqlayıb. Onunla üçillik müqavilə imzalandığı bildirilib.
2013-cü ildə karyerasını bitirən Deko, Xorxe Mendeşlə birlikdə məşqçi kimi çalışmağa başladı və özünün "D20 Sports” adlı şirkətini qurdu.
Dekonun gəlişindən sonra "Barselona"nın Futbol Direktoru Mateu Alemaninin klubdan ayrılacağı gözlənilir. Alemani yay transfer pəncərəsinin sonuna qədər Deko ilə birlikdə çalışacaq və bundan sonra istefa verəcək.
Səbuhi Həsənov