Xəbər lenti

“Barselona” Ronald Kumanı istefaya göndərdi
İdman05:58 28.10.2021

“Barselona” Ronald Kumanı istefaya göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kataloniya klubu 58 yaşlı mütəxəssislə yollarını ayrıdığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, dünən Mavi Qarnet La Liqada "Rayo Vallecano”ya (0-1) səfərdə məğlub olub və klub prezidenti Joan Laporta Ronaldo Kumana istefasını elan edib.
"Barsa” son turda "El klasiko”da evdə "Real Madrid”ə uduzub (1:2). 10 görüşdə 15 xal toplayan komanda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Çempionlar Liqasında 3 turdan sonra 3 xalla "Blauqrana" qrupda 3-cü yeri tutur.
Kuman 2020-ci ildə Hollandiya millisinin baş məşqçisi vəzifəsini tərk edərək "Barselona"da işləməyə başlayıb.
Ötən mövsüm "Barsa” İspaniya kubokunu qazansa da, 1/8 finalda Çempionlar Liqasını tərk edərək La Liqada üçüncü yeri tutub.
Alpər