Xəbər lenti

“Barselona” Messini əvəz edəcək oyunçunu tapdı
İdman14:48 28.08.2020

“Barselona” Messini əvəz edəcək oyunçunu tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messi komandadan ayrılsa, "Barselona" "Liverpul"un hücumçusu Sadio Mane ilə müqavilə bağlamağa cəhd edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Sport” nəşri məlumatında deyilir.
Sadio Mane "Liverpul”un əsas oyunçularından biridir. Seneqallı Mersisayd komandasının tərkibində dörd mövsümdə 170 oyunda 81 qol vurub, 34 asist edib. Tanınmış "Transfermarkt” portalı 28 yaşlı Maneni 120 milyon avro qiymətləndirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Messinin "Barselona"dan getmək istəyini bildirdiyi məlum olub. Klub argentinalı futbolçunu növbəti mövsüm üçün saxlamağa çalışır və heç kimin Lioneli 700 milyon avroya almaq variantını həyata keçirə biləcəyinə inanmır. 
Alpər