"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında həlak olub.
Qaynarinfo xəbər verir ki, hadisə Argentinada baş verib. 27 yaşlı hücumçunun sükanı arxasında olduğu maşın yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində Maksi Rolon və qardaşı həlak olub.
Qeyd edək ki, Maksi Rolon 2014-2016-cü illlərdə "Barselona B"də çıxış edib. Onun son iş yeri Argentinanın "Mitre" klubu olub.