Xəbər lenti

"Barselona" üçün ciddi itki, Aqüero 3 ay oynamayacaq
İdman09:28 02.11.2021

"Barselona" üçün ciddi itki, Aqüero 3 ay oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın aparıcı futbolçularından olan Serxio Aqüero yaşıl meydanlardan 3 ay uzaq qalacaq.
Qaynarnfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda Aqüeronun qarşıdakı 3 ay ərzində sağalma prosesinin izləniləcəyi və müalicənin effektivliyinin qiymətləndiriləcəyi bildirilib. O, diaqnostik və terapevtik proseslərdən keçir.
Argentinalı futbolçu şənbə günü "Barselona"nın "Alaves"lə baş tutan matçından sonra kardioloji müayinə üçün xəstəxanaya aparılıb. Fubolçu matçın ilk hissəsində özünü pis hiss etdiyi üçün Filip Koutinyo ilə əvəzlənmişdi. 
Səbuhi Həsənov