Xəbər lenti

"Barselona"dan antirekord, 48 il sonra...
İdman07:15 30.09.2021

"Barselona"dan antirekord, 48 il sonra...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Benfika"ya məğlub olan "Barselona" (0:3) yeni antirekorda imza atıb. 
Qaynarinfo xəbər verir ki, bu yenilgi ilə Kataloniya təmsilçisi avrokuboklara uğursuz start üzrə öz antirekordunu təkrarlayıb.
Buna qədər komanda 1972/1973-cü illər mövsümündə avrokubokların startında iki dəfə məğlub olmuşdu. Həmin vaxt UEFA Kubokunun 1/32 final mərhələsində "Portu" ilə hər iki matçda katalon klubu məğlubiyyətə uğramışdı (1:3, 0:1).
E qrupunda mübarizə aparan xalsız "Barselona" hazırda sonuncu pillədədir. 6 xala sahib "Bavariya" birinci, 4 xalla "Benfika" ikinci, "Dinamo" isə 1 xalla üçüncü yerdədir.
Səbuhi Həsənov