Xəbər lenti

“Barselona”nın qapıçısı vəfat etdi
İdman13:27 31.07.2013

“Barselona”nın qapıçısı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Barselona”nın tarixinə düşən qapıçılardan olan Antoni Ramallets 89 yaşında dünyasını dəyişib.

İspaniya mətbuatının verdiyi məlumata görə, Kataloniya klubunun prezidenti Sandro Rosell Ramalletsin ölməsinə çox təəssüfləndiklərini deyib:

“Bizim üçün çox pis gün oldu. Bir əfsanə aramızdan ayrıldı. Ramallets kimi insanlar “Barselona”nın böyük bir klub olmasına səbəb oldu. Onun ailəsinə başsağlığımızı çatdırırıq”.

Qeyd edək ki, 89 yaşlı qolkiper 1946-cı ildən 1962-ci ilə qədər Kataloniya təmsilçisinin formasını geyinib. O, “Barsa”nın heyətində altı dəfə İspaniya çempionu olub. Ramallets İspaniya yığmasının çərçivəsini isə 35 dəfə qoruyub. Antoni peşəkar futbol karyerasını 1962-ci ildə “Barselona”da başa vurub.

Qaynar.info