Xəbər lenti

"Barselona"nın ulduzu komanda yoldaşlarını toyuna çağırmadı
İdman09:56 30.12.2021

"Barselona"nın ulduzu komanda yoldaşlarını toyuna çağırmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın fransalı ulduzu Ousman Dembele bu yaxınlarda evlənib.
Qaynarinfo xəbər verir ki, ulduz futbolçunun evliliyi komanda yoldaşlarını təəccübləndirib.  Məsələ burasındadır ki, Mərakeşdə ailə quran Dembelenin toyunda futbol dünyasından yalnız bir ad olub. "Bavariya"nın 23 yaşlı müdafiəçisi Dayot Upamekano uşaqlıqdan bəri dostluq etdiyi Dembelenin toyuna dəvət alan yeganə futbolçu olub. 
AS qəzetinin məlumatına görə, Barselonada heç kimin Dembelenin evlilik ideyasından xəbəri olmayıb. Ulduz futbolçu heç bir komanda yoldaşını toyuna dəvət etməyib. Komanda yoldaşlarının ümumiyyətlə Dembelenin toya hazırlaşmasından xəbəri olmayıb. Hətta toy hazırlıqları bir yana, Dembelenin həyatında birinin olmasından belə heç kim xəbər tutmayıb.
Barselona ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 24 yaşlı Dembelenin adı transfer söz-söhbətlərinə qarışmağa başlayıb. Klubun 135 milyon avroya transfer etdiyi fransız futbolçunun mövsümün sonunda komandadan pulsuz ayrılmaq hüququ var.
Səbuhi Həsənov