Xəbər lenti

Baş direktora hücum edən 3 azərbaycanlı tutuldu
Dünya13:44 15.06.2015

Baş direktora hücum edən 3 azərbaycanlı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayətində yerli sakinə qarşı quldurluq edən şübhəlilər saxlanılıblar. Qaynar.info modern.az-a istinadən xəbər verir ki, cinayətkarlar Domodedovo şəhər dairəsindəki firmalardan birinin 42 yaşlı baş direktoruna hücum edərək 300 min rubl verilməsini, eləcə də hər ay “himayədarlıq” üçün 30 min rubl pul tələb ediblər. Hücuma məruz qalan şəxsə dəyən ümumi ziyanın məbləği 700 min rubl dəyərləndirilir.
Polis əməkdaşlarıbu fakt üzrə yaşları 27-dən 37-yə qədər olan 3 Azərbaycan vətəndaşını saxlayıblar. Şübhəlilərin avtomobilində travmatik tapança və odlu silah tapılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “quldurluq” maddəsi ilə cinayət işi qaldırılıb.
Qaynar.info