Xəbər lenti

Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı
Ekonomiks 17:27 05.03.2025

Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkim olduğu xəstəxanın dövlət büdcəsinə 57097,94 manat vergi borcu yaranıb. 

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün 5 gün vaxt verilib. 

İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib. 

Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Aydın

--> -->